RU

"Heydər Əliyev bizi başa saldı ki..." - Arif Rəhimzadə 1995-ci ildən DANIŞDI

Konstitusiyanın hazırlanması zamanı bəzi ziyalılar dilimizin Azərbaycan dili adlandırılmasını istəmirdi.

Modern.az-ın məlumatına görə, bunu sabiq deputat, YAP-ın Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

Qeyd edək ki, Arif Rəhimzadə 1995-ci ildə yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub.

"Bizdə belə bir xüsusiyyət var, qoltuq altında olmağı xoşlayırıq. Bəzi ziyalılar konstitusiyada Azərbaycan dilinin olmasını istəmirdi. Ümummilli Lider Heydər Əliyev bizi çox səlis və ətraflı başa saldı ki, bura Azərbaycandır və burada azərbaycanlılar yaşayır, dilimiz isə Azərbaycan dilidir", - o qeyd edib.

Sabiq deputat əlavə edib ki, Heydər Əliyevin bu barədə fikirləri sonradan Konstitusiyada da təsbit edildi: "Ümummilli Lider hər zaman Azərbaycanın müstəqil olmasını düşünürdü".

Zərif Sofiyeva

Избранный
0
modern.az

1Источники