Spiker qeyd edib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb çağırışlar qarşısında qalmışdı: "Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı, separatizm meyllərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, prezident seçilməsi hadisələrin qarşısını almağa, ölkədəki vəziyyəti sabitləşdirməyə imkan verdi. Heydər Əliyev millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və zəngin dövlətçilik təcrübəsi ilə qardaş qırğının qarşısını almağa, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməyə nail oldu. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamız dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта