RU

İtaliyanın Perugia Xaricilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

İtaliyanın Perugia Xaricilər Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Nümayəndə heyətinə universitetin rektoru professor Valerio De Cesaris rəhbərlik edib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirlib ki, heyətin tərkibində professor Giovanna Scocozza (Perugiyada İtalyan Dili Sertifikatlaşdırılması – CELI üzrə Direktor), professor Letizia Cinganotto (Beynəlxalq əlaqələr üzrə nümayəndə), professor Borbala Samu (Müasir Dillər üzrə professor) və xanım Valentina Seri (Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri) yer alıblar.

Qonaqlar AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə universitetin digər rəhbər şəxsləri və professor-müəllim heyətinin nümayəndələri də iştirak ediblər.

Tərəflər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xüsusilə, AzMİU-nun tələbə və müəllimlərinin Perugia Xaricilər Universitetinin proqramları vasitəsilə italyan dilini öyrənmələri, müvafiq sertifikatlaşdırma imkanları və təhsil mübadiləsi perspektivləri diqqət mərkəzində olub.

Görüşdə Azərbaycan və İtaliya arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin genişlənməsinə və mədəni dialoqun dərinləşməsinə dair bir sıra digər məsələlər də müzakirə olunub.

 

 

 

 

 

Избранный
0
tehsil.biz

1Источники