RU

İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü – Yaralılar var

Hacıqabulda “Mercedes Vito” markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.

Musavat.com-a daxil olan məlumata görə, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir.

Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.

Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyətinin orta ağır olduğu bildirilir.


Telegram kanalımız
Избранный
0
44
yenisabah.az

10Источники