“Sabah”ın hücumçusu Pavol Şafranko Misli Premyer Liqasının 34-cü turunun “Şamaxı” ilə qarşıdakı oyununu buraxmayacaq.
Sportal.az xəbər verir ki, halbuki slovakiyalı forvardın bu görüşdə meydana çıxmayacağı ehtimal edilirdi.
30 yaşlı futbolçu “Araz-Naxçıvan”la (1:1) görüşünü 21-ci dəqiqəsində əvəzlənmişdi. Amma onun zədəsinin ciddi olmadığı üzə çıxıb.
Şafrankonun qarşıdakı matçda iştirak edə biləcəyi gözlənilir.
saytlarin hazirlanmasi