Azərbaycan Beynəlxalq Bankı ötən il üzrə səhmdarlarına 200 milyon manat dividend ödəyəcək.
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, bununla bağlı qərar mayın 7-də bankın səhmdarlarının ümumi yığıncağında verilib.
Sözügedən dividendin 184 milyon manatı əsas səhmdar olan dövlət büdcəsinə, qalan hissəsi isə 30 mindən çox səhmdara ödənilib.
O əlavə edib ki, ABB ümumilikdə son illər büdcəyə 1,6 mlrd. manat vəsait ödəyib. Bunun 1 mlrd. 40 mln. manatı dividend ödənişidir. (Apa)