Kremldə Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında danışıqlar başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında gözlənilən danışıqlarda müxtəlif formatlarda uzunmüddətli kommunikasiyalar olacaq.
Bildirilib ki, dövlət başçıları dünyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, regional məsələləri və Rusiya-Çin münasibətlərinin inkişafını müzakirə edəcəklər.