RU

“Bilirdim ki, bu mövsüm xüsusi nəsə olacaq”

PSJ prezidenti Nasser Əl Xəlaifi Çempionlar Liqasında finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, funksioner yarımfinalda “Arsenal”a qalib gəldikləri oyundan (2:1) sonra bunları deyib:

“Liqa mərhələsinin bitməsinə üç oyun qalmış finala çıxacağımızı söyləsəydiniz, inanardım. Çünki mən bu heyətə, məşqçiyə güvənirəm. Bilirdim ki, bu mövsüm xüsusi nəsə olacaq. Komandada hamı bir-biri üçün döyüşür, mübarizə aparır.

Münhenə (final burda keçiriləcək) çatmaq asan olmadı. Həqiqətən, futbolçularımla fəxr edirəm. Çempionlar Liqasında tarixə yazdıq. Finala yüksələn ən gənc komandayıq, bununla qürur duyuruq”.

Избранный
0
futbolpress.az

1Источники