RU

ABB səhmdarlarına 200 milyon dvidend ödəyəcək

Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına 200 milyon manat dividend verilməsi ilə bağlı qərar qəbul edib. Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov mayın 8-də keçirilən hesabat tədbirində çıxışı zamanı deyib.

"Bir gün ön Səhmdarların Ümumi Yığıncağında bununla bağlı qərar qəbul olunub. Səhmdarlarımıza 200 milyon dvidend verilməsi nəzərdə tutulub",- İbrahimov bildirib.

Bank rəsmisi vurğulayıb ki, bu son 7 ilin rekord göstəricisidir.

Hazırda bankın 30 mindən çox səhmdarı var. Dvidend gəlirliyi 15,6% təşkil edir. 

Gülnar Nazimqızl

Избранный
0
2
anews.az

3Источники