RU

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulur

Bakı, 8 may, AZƏRTAC

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Çelsi” İngiltərədə İsveçin “Yurqorden” komandasını qəbul edəcək.

İspaniyanın “Betis” klubu isə İtaliyada “Fiorentina”nın qonağı olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Konfrans Liqası

Yarımfinal, cavab oyunları

8 may

23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya)

İlk oyun - 1:2

23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç)

İlk oyun - 4:1

Qeyd edək ki, turnirin final görüşü mayın 28-də Polşada təşkil olunacaq.

Избранный
0
azertag.az

1Источники