Bakı, 8 may, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında “Budyo Qlimt” Norveçdə İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək. “Dumanlı Albion”un digər təmsilçisi “Mançester Yunayted” isə evdə İspaniya “Atletik”ini sınağa çəkəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İlk görüşdə “Tottenhem” 3:1, “Mançester Yunayted” isə 3:0 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə)
İlk oyun - 1:3.
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya)
İlk oyun - 3:0.
Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.