RU

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə münasibət bildirib

Bakı. Trend:

Türkiyədə əhalinin əhəmiyyətli hissəsinin demokratik vəavropayönümlü meyillərinə baxmayaraq, ölkənin Avropa İttifaqınaüzvlüyü prosesi indiki şəraitdə bərpa oluna bilməz.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinindərc olunan hesabatında deyilir.

Məlamata görə, hesabatın təsdiqlənməsinin leyhinə 367 deputatsəs verib, 74 avropalı parlamentari bunun əleyhinə çıxıb, 188 nəfərisə bitərəf qalmağa üstünlük verib. Üzvlük prosesinə imtinaya əsaskimi ölkədə “demokratik standardların pisləşməsinin davam etməsiilə bağlı artan narahatlıqlar” göstərilib.

Xatırladaq ki, 1999-cu ilin dekabrında Avropa Şurası TürkiyəniAİ-yə üzvlüyə namizəd ölkə kimi tanıyıb. 2005-ci ilin oktyabrındaTürkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlarabaşlanıb. 2018-ci ildə isə Aİ Şurası bu danışıqlarındayandırıldığını bəyan edib.

Избранный
0
az.trend.az

1Источники