RU

Suares: “Messi Flikin “Barselona”sının uğurlarına sevinir”

“İnter Mayami”nin uruqvaylı hücumçusu Luis Suares bildirib ki, komanda yoldaşı Lionel Messi “Barselona”nı izləməkdə davam edir.

Arena.az jurnalist Migel Blaskesə istinadən məlumat verir ki, Luis Suares argentinalı ulduz hücumçu Messinin, keçmiş klubu “Barselona”nın alman mütəxəssis Hans-Diter Flikin rəhbərliyi altında çıxışından məmnun olduğunu bildirib:

“Messi indiyə qədər “Barsa”nın bütün oyunlarına baxır və komandanın Flikin rəhbərliyi altında uğurlarına sevinir. Bir neçə gün qabaq “Leo” mənə demişdi ki, komandanın simasını qaytarmasına çox təəccüblənib və bununla qürur duyur”, deyə Luis Suares vurğulayıb.

Əlavə edək ki, görünür, “Leo” keçmiş klubunu gözə gətirib – “Barselona” UEFA Çempionlar Liqasının yarımfinalında evdə 3:3 hesablı heç-heçəni qopardığı “İnter” səddini səfərdə keçə bilməyib. “Blauqrana” birinci hissədə 0:2 hesabından geri-dönüş edərək 3:2 hesablı üstünlük yaxalasa da, 90+3-cü dəqiqədə buraxdığı qolla əlavə vaxta sürüklənib və daha bir qol “yeyərək” (3:4), mötəbər yarışla vidalaşmalı olub.

Избранный
0
arena.az

1Источники