RU

Niyə kariyes tez-tez təkrarlanır? – Ekspertdən cavab

Kariyes dünyada ən çox rast gəlinən stomatoloji xəstəliklərdən biridir. Lakin, diş həkimi tərəfindən uğurlu müalicə olunsa da, kariyes bəzən təkrar-təkrar qayıda bilər. Bəs bunun səbəbi nədir?
 
Bu barədə rusiyalı mütəxəssis Liliya Kuzmenkova gazeta.ru saytına danışıb. O, ağız boşluğuna qulluq zamanı kariyesin təkrarlanmasına səbəb ola biləcək əsas səhvləri sadalayıb.
 
Dişlərin düzgün fırçalanmaması
 
Dişlərin çox tez və ya diqqətsiz təmizlənməsi, bəzi hissələrin gözardı edilməsi mikroblar üçün əlverişli mühit yaradır. Hər bir diş səthinə xüsusi diqqət yetirmək lazımdır.
 
Şəkərli qidalardan tez-tez istifadə edilməsi
 
Şəkər kariogen bakteriyalar üçün əsas "yem"dir. Şəkər istehlakını azaltmaq diş xəstəliklərinin qarşısını almaqda vacibdir.
 
Yanlış qidalanma
 
Kalsium, fosfor və D vitamini kimi vacib maddələrin çatışmazlığı diş minasını zəiflədir və kariyesə qarşı müqaviməti azaldır. Balanslaşdırılmış qidalanma diş sağlamlığı üçün vacibdir.
 
Stres və yuxu çatışmazlığı
 
Stres və yuxu çatışmazlığı tüpürcək ifrazını azalda bilər, halbuki tüpürcək dişləri kariyesdən qoruyan təbii bir mənbədir.
 
Mütəxəssis vurğulayıb ki, ortodontik elementlərin ətrafında qida qalıqları və ərp dişlərdə kariyesin inkişafına səbəb ola bilər. Gigiyena vasitələrindən düzgün istifadə edilməməsi, məsələn, uyğun olmayan diş məcunu seçilməsi və ya ağız boşluğunun həddindən artıq qarqara edilməsi mikrofloranın tarazlığını poza bilər.
 
Bu amillərə diqqət yetirərək dişlərin sağlamlığını qorumaq mümkündür.
Избранный
0
moderator.az

1Источники