RU

Kanada Rusiya təyyarəsini Ukraynaya verir

Ukrayna baş nazirinin müavini Olqa Stefanişina diqqət çəkən açıqlamalar verib. O, Facebookda paylaşim edərək Kanadanın Rusiyanın An-124 Ruslan təyyarəsini müsadirə edib Kiyevə təhvil vermək planlarından danışıb.


“Təyyarənin müsadirə edilməsi ilə bağlı məhkəmədə iddianın verilməsi Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin əməkdaşlarının tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində birgə gərgin əməyinin nəticəsidir”,- o yazıb.

Stefanişinanın sözlərinə görə, təyyarənin Kiyevə təhvil verilməsi beynəlxalq hüququn ortaya qoyduğu işin gözəl nümunəsidir.


Xatırladaq ki, Rusiya təyyarəsi 2022-ci ilin fevralından Kanadada qalıb. Təyyarə COVID testlərini çatdırırmış.  Lakin müharibə başlayandan sonra Rusiya təyyarəsinin Kanadadan havaya qalxması qadağan edildi.

Tural

Избранный
0
news365.az

1Источники