RU

Şimali Koreya növbəti ballistik raket buraxdı

Şimali Koreya növbəti raket sınaqları keçirib,

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatına istinadən xəbər verir.

Məlumata görə, Şimalı Koreya yerli vaxtla 08:10-09:20 arasında ölkənin şərqindəki Vonsan bölgəsindən bir neçə qısa mənzilli ballistik raket buraxılıb.

Şimal-şərq istiqamətində hərəkət edən və maksimum 100 kilometr hündürlüyə çatan raketlər havada təxminən 800 kilometr yol qət edərək Yapon dənizinə düşüb.

Cənubi Koreya Baş Qərargahı raket əleyhinə müşahidə fəaliyyətlərinin və ABŞ və Yaponiya ilə yaxından məlumat mübadiləsinin davam etdiyini qeyd edib.

Yaponiya Müdafiə Nazirliyi həmçinin bütün raketlərin milli Eksklüziv İqtisadi Zonadan (EEZ) kənara düşdüyü təxmin edildiyini açıqlayıb.

Nərgiz Məmmədli

Избранный
0
3
bakivaxti.az

6Источники