AZ

Şimali Koreya ballistik raketlər buraxıb?

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizinə doğru qısa mənzilli ballistik raket atdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Yerli vaxtla 08:10-09:20 arasında ölkənin şərqindəki Vonsan bölgəsindən bir neçə qısa mənzilli ballistik raket buraxılıb.

Şimal-şərq istiqamətində hərəkət edən və maksimum 100 kilometr hündürlüyə çatan raketlər havada təxminən 800 kilometr yol qət edərək Yapon dənizinə düşüb.

Cənubi Koreya Baş Qərargahı raket əleyhinə müşahidə fəaliyyətlərinin və ABŞ və Yaponiya ilə yaxından məlumat mübadiləsinin davam etdiyini qeyd edib.

Yaponiya Müdafiə Nazirliyi, həmçinin bütün raketlərin milli Eksklüziv İqtisadi Zonadan (EEZ) kənara düşdüyünün təxmin edildiyini açıqlayıb.

Seçilən
0
3
operativmm.az

6Mənbələr