Bank Avrasiya

İnformasiya Təhlükəsizliyi departamentinin baş mütəxəssisi

Son tarix 07 iyn 2025 – [email protected]

Namizədlər üçün irəli sürülən tələblər:

  • Ali təhsil -İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya oxşar sahələr üzrə
  • İnformasiya təhlükəsizliyi sahəsində ən azı 3 il iş stajı;
  • Azərbaycan dili sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq bacarığı;
  • Comptia Security+, Blue Team Level 1/2, eCIR (eLearnSecurity Certified Incident Responder), CySA+ (Cybersecurity Analyst) sertifikatlarına sahib olan namizədlərə üstünlük veriləcəkdir;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

  • Təhlükəsizlik həllərinin idarə edilməsi: SIEM, EDR/XDR, SOAR, DLP, WAF, PAM, MDM, TI kimi təhlükəsizlik həllərinin tətbiqi, idarə edilməsi və optimallaşdırılması;
  • Monitorinq və analiz: Təhlükəsizlik tədbirlərinin effektivliyinin monitorinqi, anomaliyaların və insidentlərin vaxtında aşkarlanması və operativ tədbirlərin görülməsi;
  • İnsidentlərin idarə olunması: İnformasiya və kibertəhlükəsizlik insidentlərinin araşdırılması, qarşısının alınması və cavab tədbirlərinin hazırlanaraq həyata keçirilməsi, təhlükəsizlik qaydalarının və playbook-ların yazılması;
  • İT komandası və outsource şirkətlərlə əməkdaşlıq: Şəbəkə və sistem təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədilə İT komandası və kənar xidmət təminatçıları ilə əməkdaşlıq edilməsi;
  • Fors-major hallarda operativ fəaliyyət: Kiberhücumlar, məlumat sızmaları və digər fövqəladə hallarda sürətli qərarların qəbul edilməsi və zəruri tədbirlərin həyata keçirilməsi.
  • İstifadəçi məlumatlandırılması və təlimlər: İşçi heyətinin informasiya təhlükəsizliyi qaydaları və kibertəhlükələrlə bağlı maarifləndirilməsi və təlimlərin təşkili;
  • Təhlükəsizlik siyasətləri və audit: Təhlükəsizlik siyasət və prosedurlarının hazırlanması, yenilənməsi və periodik olaraq daxili auditlərin keçirilməsi;

Xahiş olunur mövzu hissəsində İnformasiya Təhlükəsizliyi departamentinin baş mütəxəssisi vəzifəsini qeyd edib CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.