RU

Şimali Koreya qısamənzilli ballistik raketlər buraxdı

Şimali Koreya şərq suları istiqamətində bir neçə qısamənzilli ballistik raket buraxıb.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələri açıqlama yayıb.

Raketlərin buraxılışı yerli vaxtla səhər saat 08:10 ilə 09:10 arasında ölkənin şərq sahillərindəki Vonsan şəhərində baş tutub. Raketin 800 kilometr məsafə qət etdikdən sonra dənizə düşdüyü bildirilir.

Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib, ABŞ və Yaponiya məlumat mübadiləsi həyata keçirib.

Избранный
0
2
publika.az

4Источники