Şimali Koreya şərq suları istiqamətində bir neçə qısamənzilli ballistik raket buraxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələri açıqlama yayıb. Raketlərin buraxılışı yerli vaxtla səhər saat 08:10 ilə 09:10 arasında ölkənin şərq sahillərindəki Vonsan şəhərində baş tutub. Raketin 800 kilometr məsafə qət etdikdən sonra dənizə düşdüyü iddia olunur.
Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib, ABŞ və Yaponiya məlumat mübadiləsi həyata keçirib.
Qeyd edək ki, bu, Şimali Koreyanın son 2 ayda ilk ballistik raket sınağıdır. Koreya Xalq Demokratik Respublikası bundan əvvəl sonuncu dəfə martın 10-da Cənubi Koreya və ABŞ-ın hərbi təlimlərinə cavab olaraq ballistik raket sınağı həyata keçirib.