RU

Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək

Mayın 8-də Bakıda Türkiyə və İsrail nümayəndələri arasında birbaşa danışıqlar keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin 11-ci kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bu danışıqlar xüsusilə hər iki ölkənin maraqlarının kəsişdiyi Suriyadakı vəziyyət kontekstində regional təhlükəsizlik məsələlərini müzakirə etmək məqsədi daşıyır.

Qeyd olunur ki, danışıqlar çərçivəsində İsrail Suriya ilə sərhədə yaxın ərazilərin demilitarizasiyasını və onun təhlükəsizliyini təhdid edən strateji silahların yerləşdirilməsini istisna etməyi tələb edəcək.

Xatırladaq ki, aprelin əvvəlində Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında texniki görüş keçirilib və Suriyada mümkün hərbi toqquşmaların qarşısının alınması tədbirləri müzakirə edilib.

Избранный
0
2
editor.az

3Источники