RU

Yunanıstan və Misir Avropaya elektrik təchizatı üçün kabel çəkilişi barədə razılaşıblar

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Misir Prezidenti Əbdül Fəttah Əs-Sisi Afrikadan Avropaya elektrik təchizatı üçün Aralıq dənizinin dibi ilə elektrik kabeli çəkilişi haqqında saziş imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə “Assoсiated Press” məlumat yayıb.

“Bu, sadəcə ikitərəfli münasibətlər məsələsi deyil, Yunanıstan vasitəsilə bütün Avropa qitəsi ilə birbaşa əlaqə təmin edən regional strateji layihədir”, – əs-Sisi qeyd edib.

“Ucuz enerji – əsasən külək enerjisinin Yunanıstana və bütün Avropaya təchizatı mümkün olacaq”, – Mitsotakis əlavə edib.

AP-nin məlumatına görə, Aralıq dənizinin şərq sahili boyunca çəkilməsi planlaşdırılan kabelin uzunluğu və gücü müvafiq olaraq təxminən 1 000 km və 3 000 mVt təşkil edəcək. Aİ layihəyə dəstək ifadə edib ki, bu da birliyin əhəmiyyətli maliyyələşdirməsinə ümid etməyə imkan verir.

Layihəyə özəl investor – yunan “Copelouzos Group” şirkəti də cəlb edilib. Kabelin istismara verilməsi növbəti beş il ərzində planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə iki ölkənin energetika qurumları günəş və külək enerjisinin nəqli üçün sualtı kabel çəkilişi haqqında memorandum imzalayıblar.

Избранный
0
report.az

1Источники