RU

Rəsmi Ankaradan Avropa Parlamentinin iddialarına REAKSİYA

Bu gün Avropa Parlamenti tərəfindən qəbul edilən 2023-2024 Türkiyə hesabatı ölkəmizə qarşı təhrif olunmuş, qərəzli və həqiqətə uyğun olmayan iddialar ehtiva edir.

"Unikal" xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı bəyanatında yer alıb.

“Terror təşkilatlarına və Türkiyə əleyhinə mövqe tutmağı özünə borc bilən bəzi çevrələrə təbliğat imkanı yaradan bir qurumun, Türkiyədəki siyasi proseslər, ölkənin xarici siyasəti və Prezident Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinə səfəri ilə bağlı əsassız dəyərləndirmələrini rədd edirik. Qarşıdakı dövrdə üzvlük prosesimiz də daxil olmaqla Avropa İttifaqı ilə münasibətlərimizin qarşılıqlı fayda əsasında davam etdirilməsi üçün Avropa Parlamentinin öz öhdəliklərini yerinə yetirməsi əsas gözləntimizdir”, - deyə bəyanatda deyilir.

Избранный
0
unikal.az

1Источники