RU

"Abdin Fərzəliyevin Həştərxanda biznesi var, ona görə səsini dinməz qoyub, bəs deputat?"

"Rusiyanın strateji müttəfiqi olan Azərbaycanın Milli Məclis üzvünü deport etməsi beynəlxalq skandaldır. Ancaq burada diqqət ediləsi bir məqam da bir deputat deport edilərkən, digər həmkarı ilə icra başçısının heç nə olmamış kimi səfərə davam etməsidir". 

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Aqil Əlsəgər sosial media hesabında yazıb.

Onun sözlərinə görə, bu məsələdə onunla birgə olan Abşeronun icra başçısı Abdin Fərzəliyevi haradasa anlamaq olar: "İndi icra başçısının Həştərxanda biznesi var, ona görə səsini dinməz qoyub, bəs Elman Nəsirovu öz deputat həmkarını yalnız qoymağa nə vadar edib? Çoxmu lazım idi bizim qurban olduğumuz İkinci Dünya Müharibəsini Həştərxanda qeyd etmək? Nostalji hisslər yaxasında daşıdığı bayraqdan, Ulu Öndərin bizə miras qoyduğu azərbaycançılıq ideologiyasından, mental dəyərlərimizdən o qədər üstün idi ki, Azər Badamovu tək qoydu? Görünən odur ki, dövlətimizin təyyarə hadisəsindən sonra Rusiyaya sərt reaksiyası belə hələ birilərinin Moskvaya qarşı mütiliyini qıra bilməyib… 
Çox təəssüf…".

Samir MUSAYEV
MİA.AZ

Избранный
0
1
mia.az

2Источники