Futbol üzrə Azərbaycan 2-ci Liqasında 24-cü turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Kür-Araz" öz meydanında "Hypers Quba"nı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 45-ə yüksəldən "Hypers Quba" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.32 xalı olan "Kür-Araz" isə 7-ci yerdədir.
"Kür-Araz" - "Hypers Quba" 1:2
Qolar: İ.Hüseynli, 30 - H.Novruzov, 27, C.İmamverdiyev, 42
Qırmızı vərəqə: N.Paşayev, 81 - İ.Nağıyev, 68
saytlarin hazirlanmasi