RU

"Android"lərdə bank məlumatlarını fırıldaqçılardan gizlədən funksiya olacaq

"Google" şirkəti istifadəçiləri telefon fırıldaqçılarından qorumağa yönəlmiş yeni təhlükəsizlik funksiyasını "Android" əməliyyat sisteminə inteqrasiya etməyə hazırlaşır. 

HİT.az xəbər verir ki, bu yenilik barədə ilk olaraq "Android Authority" portalı məlumat yayıb.

Beta mərhələsindəki "Google Play Services" xidmətində aşkarlanan "BankScamCallDetectionService" adlı funksiya, telefon fırıldaqçılarının bank məlumatlarını ələ keçirməsinin qarşısını almağı hədəfləyir. Sözügedən fırıldaq sxemlərində dələduzlar tez-tez bank işçisi kimi təqdim olunaraq, istifadəçidən "problemi həll etmək məqsədilə" ekran paylaşım proqramı quraşdırmasını tələb edirlər.

Yeni təhlükəsizlik mexanizmi məhz bu tip halları avtomatik şəkildə tanımağa çalışır. Sistem üç şərt yerinə yetirildikdə işə düşür: naməlum nömrədən gələn zəng, bank tətbiqinin açıq olması və ekran paylaşımının aktivləşdirilməsi. Bu üç hal eyni anda müşahidə olunarsa, istifadəçi ekranda fırıldaqçılıq ehtimalına dair xəbərdarlıq mesajı ilə məlumatlandırılır.

Funksiyanın "Android"in stabil versiyasında nə vaxt təqdim olunacağı və hansı versiyalarda dəstəklənəcəyi hələlik məlum deyil.

Samir

Избранный
0
2
hit.az

3Источники