RU

Gürcüstan DTX ABŞ səfirliyinin Tbilisidə partlayış təhdidi ilə bağlı bəyanatına münasibət bildirib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ABŞ səfirliyinin Tbilisidə ticarət mərkəzlərində partlayış təhdidi ilə bağlı bəyanatına münasibət bildirib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, DTX aidiyyəti bölmələrin “növbəti saxta məlumat”la bağlı işlədiklərini bəyan edib.

“Vətəndaşların təhlükəsiziyi xidmətin (DTX-nın) başlıca prioritetidir və öz səlahiyyətləri çərçivəsində xidmət bütün zəruri və təcili tədbirləri tətbiq edir. Biz Gürcüstanda akkreditasiyadan keçmiş diplomatik nümayəndəlikləri təhlükəsizliklə bağlı məsul qurumların fəaliyyətlərinə hörmət etməyə və müvafiq qurumlarla razılaşdırılmayan bəyanatlar yaymaqdan çəkinməyə çağırırıq”, - DTX-nın bəyanatında deyilir.

Qeyd edək ki, qısa müddət öncə ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidə üç ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı bəyanat yaymışdı.

Избранный
0
9
apa.az

10Источники