RU

Nazim Sadıxov: “Rafael Fiziyevin rəqibini məğlub edəcəyinə inanıram” 

“Daimi olaraq Rafael Fiziyev ilə danışırıq. Düşünürəm ki, hər ikimiz üçün maraqlı və gərgin döyüş olacaq”. 

Apasport.az xəbər verir ki, bu sözləri azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.

Mətbuat konfransına qoşulan idmançı həmyerlimiz Rafael Fiziyevin döyüşü barədə düşüncələrini bölüşüb:

“Rafael ilə bir neçə həftədir danışa bilmirəm. Çünki o da bütün diqqətini döyüşünə yönəldib. Bakıdakı turnir mənim üçün həqiqət anı olacaq. Kristal Zalında əsl şou göstərməliyəm. Həmin yarış mənim gələcəyim üçün önəmlidir".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq. Nazim Sadıxovun rəqibi braziliyalı Nikolas Motta olacaq.

Samboçumuz finalda məğlub olub

“UFC Fight Night”a bilet satışına start verilib

Azərbaycan kikboksçuları Lavtiyada öz güclərini sınayacaqlar

Yığmamız Avropa çempionatında 3 medal qazanıb

UFC: “Azərbaycan, hazırsan?”

Избранный
0
1
apasport.az

2Источники