Bakı, 7 may, AZƏRTAC
Daima Rafael Fiziyev ilə danışırıq. Onun çilili rəqibi İqnasio Bahamondesi məğlub edəcəyinə inanıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.
“Düşünürəm ki, hər ikimiz üçün maraqlı və gərgin döyüş olacaq. Rafael ilə bir neçə həftədir danışa bilmirəm. Çünki o da bütün diqqətini döyüşünə yönəldib. Bakıdakı turnir mənim üçün həqiqət anı olacaq. Kristal Zalda əsl şou göstərməliyəm. Həmin yarış mənim gələcəyim üçün önəmlidir”, - deyə MMA döyüşçüsü əlavə edib.
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq. Nazim Sadıxovun rəqibi braziliyalı Nikolas Motta olacaq.