RU

Azərbaycan Rusiyadan narazı, Moskva paradına hazırlaşır

Azərbaycan hərbçiləri Moskvadakı Qələbə paradının məşqlərində iştirak edir.

Prezident İlham Əliyevin paradda iştirak edəcəyinə dair xəbərlər yayılıb.

Keçən il Rusiya ordusu Azərbaycana məxsus təyyarəni vurduqdan sonra, Azərbaycanın Rusiya ilə münasibətləri soyumuşdu.

Bu, hətta Prezident Əliyevin parada getməyəcəyinə dair fikirlərə səbəb olmuşdu.

Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci ildə keçirilmiş Qələbə paradında Rusiya Prezidenti Vladimir Putin iştirak etməyib.

Bu arada Azərbaycanda hakimiyyət yönümlü media Rusiyadan narazı yazıların dərcini davam etdirib.

Məsələn, APA yazır ki, Rusiya keçən il Qroznı üzərində vurulmuş AZAL təyyarəsi ilə bağlı 5 ay ərzində istintaq aparmayıb, aparmış olsa belə, bu barədə Azərbaycan tərəfinə məlumat verməyib.

Bundan başqa, mayın 4-də Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov Rusiyaya buraxılmayıb.

O, başqa təyyarə ilə Azərbaycana geri qaytarılıb. Bu, Azərbaycan hökumətinin narazılığına səbəb olub.

Keçən ilin dekabrında Rusiya AZAl-a məxsus təyyarəni Qroznı üzərində vurduqdan sonra təyyarə Aktauda qəzaya uğramışdı.

Azərbaycan qəzadan sonra Bakıdakı Rus evini bağlayıb.

Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər, əsasən, vitse-prezident səviyyəsində davam etdirilib. Bir neçə gün əvvəl Bütün Rusiyanın Patriarxı Kirill Mehriban Əliyevaya Rus Pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs Knyaginya Olqa" ordenini təqdim edib.

İlham Əliyev faşizm üzərində qələbənin 80 illiyinin qeyd olunduğu parada qatılarsa, bu, keçən dekabrda təyyarənin vurulmasından sonra Azərbaycan Prezidentinin Rusiyaya ilk səfəri olacaq.

Videoya Youtube kanalımızda baxın.

Избранный
0
bbc.com

1Источники