RU

Kreml atəşkəsə sadiqdir – Peskov

Ukraynanın PUA-larla hücumlarına baxmayaraq, Rusiya Qələbə Günü üçün nəzərdə tutulmuş atəşkəs planından imtina etmir.

“ Busaat.az ” xarici mənbələrə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin mayın 7-dən 10-dək elan etdiyi 72 saatlıq atəşkəs qüvvədədir.

Kreml atəşkəsi faşizm üzərində qələbənin 80 illiyinə humanitar jest və Kiyevlə şərtsiz danışıqlara yol kimi görür. Lakin Ukrayna rəhbərliyi bu təşəbbüsü rədd edib, əvəzində Rusiya ərazilərinə PUA hücumlarını artırıb.

Nərmin Səmidova

Избранный
0
busaat.az

1Источники