Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Boks Federasiyasının mətbuat xidməti yayıb.
Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına Gürcüstan millisi də qatılıb.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025” turniri mayın 16-21-i aralığında baş tutacaq.