RU

Hindistan ölkə daxilində müdafiə təlimlərini genişləndirib

Hindistan Müdafiə Nazirliyinin göstərişinə əsasən ölkə daxilində müdafiə təlimləri genişləndirilib.

Hindistanın Pakistanla hərbi toqquşmalardan sonra ölkə daxilində mülki müdafiə təlimlərini genişləndirilib.

Operativ Media xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi göstəriş verib.

Göstərişə əsasən, əvvəllər müəyyən bölgələrdə keçirilən təlimlər bütün ölkəni, xüsusilə də iri şəhərləri əhatə edəcək.

Hava limanları və qatar stansiyalarını əhatə edəcək təlimlərdə sığınacaq hazırlığı və evakuasiya prosedurları da daxil olmaqla fövqəladə vəziyyətlər sınaqdan keçiriləcək.

 

Избранный
0
operativmedia.az

1Источники