RU

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 20 faizə yaxın artıb

Naxçıvan, 7 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında bu ilin 1 may tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dövrdə aktiv vergi ödəyicilərinin sayı 20 min 795 olub.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 8,5 faiz artıb və 6 min 44 təşkil edib.

 

 

Избранный
0
4
azertag.az

8Источники