AZ

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 19 faiz artıb

Naxçıvan, 9 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında aprelin 1-i tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20 min 192 təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz artaraq 572 olub.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 7,6 faiz artıb və 6005 təşkil edib.

Seçilən
79
2
azertag.az

8Mənbələr