RU

Ermənistanın yeni Konstitusiyası ilə bağlı VACİB AÇIQLAMA

“Ermənistanın yeni Konstitusiyasının mətni 10 aya hazır olacaq”.

KONKRET.az xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbuhi Qalyan bildirib.

Nazirin sözlərinə görə, sənəd hazırda işlənmə mərhələsindədir və bir neçə mətn variantı müzakirə olunur. Lakin hələlik yekun qərar qəbul edilməyib.

Qalyan əlavə edib ki, Müstəqillik Bəyannaməsinə istinadın yeni Konstitusiyadan çıxarılması məsələsi rəsmi olaraq müzakirəyə çıxarılmayıb. O, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına istinad edib.

Aprel ayında isə Paşinyan parlamentdə çıxışı zamanı bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad yer almamalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
0
konkret.az

1Источники