RU

Türkiyədə islam sənətləri sərgisində Azərbaycan da təmsil olunur

BAKI, 8 may. TELEQRAF

Türkiyənin Diyanət İşləri Nazirliyi tərəfindən ilk dəfə 7-11 may tarixlərində Ankarada Beynəlxalq İslam Sənətləri Sərgisi keçirilir.

Teleqraf xəbər verir ki, sərginin Beynəlxalq İslam Sənəti Sərgisi Diyanət İşləri Komitəsinin himayəsində, Ankarada ATO Konqresium Beynəlxalq Sərgi Mərkəzində açılışı olub.

Dünyanın bir çox İslam ölkələrindən sənət adamlarının qatıldığı tədbirdə islami dəyərləri əks etdirən yüksək səviyyəli sənət nümunələrinin nümayişi nəzərdə tutulur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi sərgidə ölkəmizi təmsil edir və burada stend təşkil edib.

Sərgidə Azərbaycan Xalça Muzeyinin mütəxəssisi Elnarə Rəsulova, rəssam-dizayner Pərvanə Məmmədova, xalçaçı Ruhiyyə Süleymanova və ağacoyma sahəsi üzrə mütəxəssis Şahin Rəsulovun əl işləri, xalçalar, milli geyimli kuklaları, suvenirləri və ağacoyma üsulu ilə milli mədəniyyətimizə dair hazırlanmış işləri nümayiş etdirilir.

Açılış çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycan milli stendini ziyarət edib.

Qeyd edək ki, tədbir çərçivəsində dekorativ tətbiqi və təsviri sənət nümunələrinin nümayişi, konfranslar, panel müzakirələri, master-klass, konsert proqramları da planlaşdırılır.

Избранный
0
teleqraf.com

1Источники