RU

Serbiya Prezidentinin təyyarəsi Bakıya məcburi eniş etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç rusiyalı həmkarı Vladimir Putin ilə görüşmək üçün Moskvaya səfər etmək məqsədilə yola çıxıb, amma Ukraynadakı müharibə və hava məkanında silahlı toqquşmalar səbəbindən təyyarəsi Azərbaycanda məcburi eniş edib.

Telqraf xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Məlumata görə, Serbiya prezidentinin təyyarəsi Rusiya ərazisinə keçə bilməyib, çünki bölgədə təhlükəsizlik riskləri mövcud olub. Bu risklərə, o cümlədən hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və münaqişə zonasında təyyarənin məhv edilməsi ehtimalı daxil olub və nəticədə Prezident Vuçiç və nümayəndə heyəti Azərbaycana məcburi eniş edib.
Избранный
0
1
sherg.az

2Источники