RU

Türkiyə gözəlinin müəmmalı şəkildə öldüyü villa 15 milyona satılıb

Türkiyə

2003-cü ilin “Miss Türkiyə” gözəli və model Aslı Başın yıxılaraq öldüyü lüks villa 15 milyon dollara satılıb. Villa Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda yerləşir və məşhur iş adamı Ahmet Bayerə məxsus olub.

Reyting.az
xəbər verir ki, villanı 2018-ci ildə deputatlığa namizədliyini irəli sürmüş Əşref Keleş alıb.

2010-cu il iyulun 21-nə keçən gecə lüks villanın terrasından yıxılaraq faciəvi şəkildə dünyasını dəyişən Aslı Başdan sonra başlayan məhkəmədə Ahmet Bayer, uşaqları Hakan və Volkan Bayer və işçi Murat Umirov ittihm olunub. Ahmet Bayer və oğullarına qarşı “qəsdən adamöldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs, onlarla birlikdə işləyən Murat Umirova isə “dəlilləri gizlətmək və aradan qaldırmaq” ittihamı ilə 7,5 il həbs cəzası tələbi ilə iddia qaldırılıb.

Məhkəmə kollegiyası təqribən 10 il davam edən prosesi 2020-ci ilin yanvarında yekunlaşdırıb. Təqsirləndirilən şəxslərin cinayət törətmələri sübuta yetirilmədiyi üçün onlara bəraət verilib.

Ultra lüks villanın ötən həftə ankaralı iş adamı Əşref Keleş tərəfindən 15 milyon dollara alındığı və satışın ötən həftə baş verdiyi məlum olub. Məşhur iş adamı Ə. Keleş 2018-ci il ümumi seçkilərində (AKP Diyarbakır) millət vəkilliyinə namizəd olub.

V. QULİYEV
Избранный
0
reyting.az

1Источники