“Neftçi” klubu yayda heyətində ciddi islahatlar aparacaq.
Bizim.Media xəbər verir ki, klubdan gedəcəyi müəyyənləşən daha bir legioner Aleks Fernandesdir.
22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan trasfrer hüququ alınmaq şərti ilə icarəyə götürülmüşdü. Ancaq Fernandesin oyunu məşqçilər heyətini qane etməyib. Ona görə də mövsüm başa çatan kimi Fernandeslə yollar ayrılacaq.
Qeyd edək ki, daha əvvəl “Neftçi”nin almaniyalı futbolçu Robert Bauerlə müqaviləyə xitam verəcəyi məlum olmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта