AZ

“Neftçi”nin istədiyi futbolçu Portuqaliya klubuna KEÇƏ BİLƏR

“Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanın klubunun yarımmüdafiəçisi İslam Çesnokova maraq göstərir.

Ancaq bu legionerin transferi ciddi maniələrlə üzləşib. Çünki İslam Çesnokovun digər müştəriləri də var. Belə ki, Şotlandiyanın “Harts” və Portuqaliyanın “Boavişta” klubları da yarımmüdafiəçini transfer etmək istəyir.

Qazaxıstan mətbuatının məlumatına görə, “Neftçi” hələ fevral ayında Çesnokovun keçidi üçün “Tobol”a sərfəli təklif göndərmişdi.

Qeyd edək ki, Çesnokov cari mövsümdə 6 oyunda rəqib qapılarından 2 top keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
75
13
bizim.media

10Mənbələr