RU

Qurban bayramında Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Azərbaycan Dəmir Yolları QSC qarşıdan gələn Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

Qurumdan Publika.az-a verilən məlumata görə, iyunun 6-sı, 7-si, 8-i və 9-u qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.

Həmçinin qeyd edilib ki, sözügedən tarixlərdə qatarların Bakıdan Qəbələyə yola düşmə saatı 07:30-da, Qəbələdən Bakıya yola düşmə saatı isə 19:00-da təşkil ediləcək.

Избранный
0
18
publika.az

10Источники