Azərbaycan Dəmir Yolları QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 6-9-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən Axar.az-a verilən məlumata görə, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Biletləri ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə etmək mümkündür.