RU

Bayden Trampı ittiham etdi: “Ərazilərin Rusiyaya verilməsi Moskvanı heç vaxt qane etməyəcək”

ABŞ prezidenti Donald Trampın ərazilərin Rusiyaya verilməsi üçün Ukraynaya təzyiqi Moskvanı heç vaxt qane etməyəcək.

Herbiand.az Reuters-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden deyib.

Ağ Evin keçmiş rəhbəri Trampı Rusiya tərəfini sakitləşdirməkdə ittiham edib. O, aydınlaşdırıb ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı “Ana Rusiya”nın bir hissəsi hesab edir və Putinin dayanacağını düşünənləri axmaq adlandırıb: “Mən sadəcə başa düşə bilmirəm ki, insanlar necə düşünə bilirlər ki, bir diktatora, quldura ona məxsus olmayan böyük torpaq sahələrini ələ keçirməyə icazə vermək onu qane edəcək”.

Bayden həmçinin, Avropanın Amerikanın etibarlılığına və liderliyinə inamını itirəcəyi ilə bağlı narahatlığını da dilə gətirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
0
1
herbiand.az

2Источники