
İran hökumətinin sözçüsü Fatma Mühacirani dövlət qurumlarında yay iş saatının şənbə günündən başlayacağını açıqlayıb.
İran hökumətinin sözçüsü Fatma Mühacirani X sosial media platformasında məsələ ilə bağlı yazılı açıqlama verib:
İran rəsmisi "Dövlət idarələri və dövlət qurumlarının iş saatları mayın 10-u şənbə günü saat 06:00-13:00 arasında olacaq", - deyə bildirib.
Bu yaxınlarda İranda enerji istehlakını idarə etmək üçün gün işığından daha çox istifadə etmək üçün iş saatlarının tənzimlənəcəyi açıqlandı. Tətbiqin enerji istehlakını idarə etməyə kömək edəcəyi gözlənilir.