Hətta Almaniyada yeni hökumətin formalaşmasına başlanılması ilə bağlı Bundestaqda səslənən bütün rusofob bəyanatlardan sonra Rusiyanın ölkələr arasında münasibətlərin yaxşılaşacağına dair heç bir gözləntisi yoxdur. Bunu mayın 7-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Məlumatı “İzvestiya.ru” verib.
“Alman siyasətçilərinin çoxsaylı hərtbi məzmunlu rusofob bəyanatlarını nəzərə alsaq, ölkələrimiz arasında münasibətlərin yaxşılaşacağını gözləməyə heç bir əsas yoxdur”, - o bildirib.
Zaxarova əlavə edib ki, keçmiş kansler Olaf Şolts hökumətinin hərəkətləri Rusiya-Almaniya münasibətlərini “demək olar ki, yerlə-yeksan edib”, ona görə də onları gərginləşdirəcək heç nə yoxdur.
Zaxarova onu da vurğulayıb ki, Almaniyada yeni kansler seçildikdən sonra Rusiya bu ölkə ilə münasibətlərin hər cür inkişafına hazırdır.
P.ƏMİRCANOV
XQ