RU

Rekordun təkrarı və antirekord

Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”lə “Barselona” arasında oyunlarda ümumilikdə 13 qol vurulub.

Msport.az xəbər verir ki, İspaniyada 3:3, İtaliyada isə 4:3 hesablı nəticə qeydə alınıb.

Bu isə ÇL tarixinin yarımfinal mərhələlərində rekordun təkrarıdır. Buna qədər yalnız bir dəfə – 2018-ci ildə yarımfinal mərhələsinin bir cütündə 13 qol vurulmuşdu. “Roma” ilə “Liverpul”un duellərində ingilislər 5:2, italyanlar 4:2 hesablı qələbə qazanmışdılar.

Bundan başqa, “Barselona” buraxılan qol sayında antirekorda imza atıb. Kataloniyalılar cari mövsüm Çempionlar Liqasında düz 24 dəfə mərkəzə dəvət edilib. Buna qədər ən uğursuz göstərici 1999-2000 mövsümündə buraxılan 23 qol idi.

Qeyd edək ki, “İnter”in finaldakı rəqibi PSJ – “Arsenal” cütünün qalibi olacaq.

Избранный
0
msport.az

1Источники