RU

Binə qəsəbəsinin mərkəzi küçəsini su basıbVİDEO

Ötən axşamkı yağışdan sonra paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi keçilməz vəziyyətə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, qəsəbənin mərkəzi yolu olan bu hissədə nəinki piyadalar, hətta avtomoillərin də hərəkətində çətinlik yaranıb.

Sakinlərin sözlərinə görə, hər yağışdan sonra Binə qəsəbəsində bu cür vəziyyət yaranır.

Yolun sağ tərəfi Suraxanı, sol tərəfi isə Xəzər rayonunun ərazisinə düşür.

Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, intensiv yağışlar zamanı Binə qəsəbəsi, Əli İsazadə küçəsinin müəyyən hissələrində subasma halı müşahidə olunur. Bununla əlaqədar İcra Hakimiyyəti tərəfindən Dövlət Su Ehtiyatları Agentliyinə məktub ünvanlanıb. Məktuba cavab olaraq isə bildirilib ki, Binə qəsəbəsi ərazisində kanalizasiya sisteminin qurulması məqsədilə layihə sənədləri hazırlanıb. Kanalizasiya sisteminin tikinti-quraşdırma işlərinin icrası Dövlət İnvestisiya Proqramı çərçivəsində mərhələlələrlə həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
0
1
xezerxeber.az

2Источники