“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanına yollana bilər.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalının xidmətində “Əl-Hilal” klubu maraqlıdır. Ərəblər Brunonun agenti ilə danışığa start verib və futbolçu üçün 3 illik müqavilə irəli sürüb.
Rəhbərlik yarımmüdafiəçiyə yüksək məbləğdə maaş təklif edəcək.
Fernandes bu mövsüm “Mançester Yunayted”in heyətində 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.