NBA pley-offlarında konfrans yarımfinalları oynanılır.

Offsideplus.az xəbər verir ki, Şərq Konfransında son çempion Boston Celtics ilk matçda New York Knicks'i qəbul edib.

Gərgin keçən matçın qalibi overtaymda bəlli olub. New York Knicks ilk qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb - 108:105.

Məğlub olan "yaşıllar" eyni zamanda anti-rekorda da imza atıb. Onlar bu görüşdə 60 üçlük yoxlayıblar və bunlardan yalnız 15-i dəqiq olub.

Bununla da Boston Celtics  NBA pley-off tarixində bir matçda ən çox üçlük qaçıran komanda olub - 45.